Müxtəlif növ kosmetoloji funksiyaları özündə birləşdirən ErgoLase cihazı estetik mərkəzlər və salonlar üçün ən effektiv və erqonomik seçim olmaqdadır. Lakin özündə bir çox funksiyaları birləşdirən cihazların texniki parametrlərinin zəif olması və texniki problemlərinin intensivliyi istifadəçiləri narahat edən əsas amillərdən biridir. ErgoLase cihazı bütün “çoxfunksiyalı cihaz zəif olur” stereotiplərini darmadağın edən, innovativ texnologiyaya malik və keyfiyyətli ehtiyat hissələrlə təmin olunmuş multifunksional kosmetoloji cihazdır. Bu cihaz özündə müxtəlif prosedurların həyata keçirilməsi üçün nəzərdə tutulan 4 başlıqla təchiz olunmuşdur. Bu başlıqlar, İPL epilyasiya, İPL cavanlaşdırma, RF və ND:Yag lazer başlıqlarıdır. Cihazın hər bir funksiyası individual tək funksiyalı cihazlarda olduğundan daha güclü formada təkmilləşdirilmişdir. Bu isə öz növbəsində ErgoLase cihazı vasitəsi ilə bütün prosedurlarda mümkün olan maksimal nəticənin əldə edilməsini təmin edir. Funksiyaları: – Epilyasiya – Akne müalicəsi – Damar müalicəsi – Cavanlașdırma – RF liftinq – Karbon-pilinq – Tatusilmə
Xəbərdarlıq!
Məhsul sahibi ilə real görüşərək, ödəniş mərhələsini tamamlamağınız məsləhət görülür! Dələduzluq
və başqa xoşa gəlməz hadisələrin olmaması üçün alqı-satqını ciddi şəkildə etməyiniz sizin üçün
əhəmiyyətlidir!